Menyu

Joni Montiel "Qarabağ"dakı gələcəyi haqda danışıb

Operativ Media
Joni Montiel "Qarabağ"dakı gələcəyi haqda danışıb

​"Qarabağ"ın ispan yarımmüdafiəçisi Joni Montiel UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA klubu ilə qolsuz başa çatan matçdan sonra mətbuata açıqlama verib.

Operativ Media xəbər verir ki, futbolçu ikinci hissədə oyuna daxil olarkən azarkeşlərin onu alqışlamasından təsirləndiyini və bunun onun üçün xoş sürpriz olduğunu bildirib. O, Bakıda özünü və ailəsini çox xoşbəxt hiss etdiyini və Ağdam təmsilçisində qalaraq komandaya kömək etmək üçün əlindən gələni edəcəyini vurğulayıb.

​Görüşü dəyərləndirən Montiel ikinci hissədə daha yaxşı çıxış etdiklərini, mübarizənin cavab matçında həll olunacağını və hər iki tərəfin şanslarının bərabər olduğunu qeyd edib.

​Yarımmüdafiəçi haqqında yayılan nizam-intizam pozuntusu və əvəzedici heyətə göndərilməsi ilə bağlı şayiələri təkzib edib. İspaniyalı oyunçu bildirib ki, əvvəlki mərhələdə adının iştirak ərizəsinə salınmaması sırf baş məşqçinin qərarı olub və karyerası ərzində heç bir intizam problemi yaşamayıb.

​Ötən mövsümün sonunda əməliyyat olunduğunu xatırladan Montiel hazırda fiziki formasını bərpa etməyə çalışdığını, komandadakı daxili rəqabətin isə yalnız ümumi işin xeyrinə olduğunu sözlərinə əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər