Meloni: Əməliyyatlar qəbuledilməz həddə çatıb
Əsəd Abbaslı
“İsrailin Qəzza zolağındakı əməliyyatları qəbuledilməz həddə çatıb”.
Operativ Media xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.
Meloni HƏMAS-ın Yaxın Şərqdə başladığı müharibəni qəbul etmədiklərini, amma İsrailin buna cavabının da qəbuledilməz olduğunu bildirib:
“İsrailin reaksiyası qəbuledilməz həddə çatıb, onlar dərhal dayanmalı və mülki insanları qorumalıdırlar”.
Baş nazir qeyd edib ki, İtaliya Qəzza sakinlərinə ən çox yardım edən ölkələrdən biridir.
Corciya Meloni Körfəz və Qəzza üçün plan təklif edən ərəb ölkələrinin Yaxın Şərqdəki böhranın əsas oyunçuları olduğuna inanmaqda davam etdiyini vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net