Menyu

Qvardiola İtaliya milli komandasının baş məşqçisi olmaqdan imtina edib

Operativ Media
Qvardiola İtaliya milli komandasının baş məşqçisi olmaqdan imtina edib

"Mançester Siti"nin keçmiş baş məşqçisi Xosep Qvardiola İtaliya Futbol Federasiyasının (FIGC) milli komandaya rəhbərlik etmək təklifini rədd edib.

Operativ Media xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

​Təcrübəli mütəxəssis dəvətə görə təşəkkürünü bildirərək, bu təklifin onun üçün böyük şərəf olduğunu, lakin hazırda bununla məşğul olmaq niyyətində olmadığını diqqətə çatdırıb.

​Bundan əvvəl FIGC prezidenti Covanni Malaqo Qvardiola ilə danışıqlar aparıldığını təsdiqləmiş və onun üçün büdcədən kənara çıxıla biləcəyini vurğulamışdı. Mətbuatda yer alan məlumatlara görə, ispaniyalı mütəxəssis illik 20 milyon avro məvacib tələb etdiyi halda, federasiya bu məbləğin yalnız yarısını ödəyə biləcəyini bildirib.

​Qeyd edək ki, İtaliya yığması 2026-cı il Dünya Çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib. Bu uğursuzluğun ardından komandanın baş məşqçisi Cennaro Qattuzo tutduğu vəzifədən istefa verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər