Menyu

AQTA: Heyvanların identifikasiyası onların itirildikdə tapılmasını asanlaşdırır

Operativ Media
AQTA: Heyvanların identifikasiyası onların itirildikdə tapılmasını asanlaşdırır

Heyvanların identifikasiyası onların qeydiyyatının aparılmasını və izlənilə bilməsini təmin edir.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bunun mühüm üstünlüklərindən biri isə itkin düşmüş və ya oğurlanmış heyvanların daha asan müəyyən edilərək sahibinə qaytarılmasına imkan yaratmasıdır.

Niyə identifikasiya vacibdir?

İtkin və ya oğurluq hallarında heyvanın tapılmasını və sahibinin müəyyən edilməsini asanlaşdırır.

Heyvan haqqında məlumatların dəqiq qeydiyyatda saxlanılmasına kömək edir.

İzləniləbilənliyi təmin edərək heyvandarlıq sahəsində etibarlı məlumat bazasının formalaşmasına dəstək verir.

"Hər bir heyvanı vaxtında identikləşdirin ki, ehtiyac yarandıqda onun məlumatlarına operativ şəkildə müraciət etmək mümkün olsun", - məlumatda qeyd edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər