Menyu

Sənədsiz borc məhkəmədə keçərlidir?

Ayşən Sadıxzadə
Sənədsiz borc məhkəmədə keçərlidir?

Gündəlik həyatda insanlar arasında borc alıb-vermə halları kifayət qədər geniş yayılıb. Əksər hallarda bu münasibətlər qarşılıqlı etimada əsaslandığı üçün hər hansı yazılı sənəd tərtib edilmir. Lakin sonradan borcun qaytarılması ilə bağlı mübahisə yarandıqda, yazılı sübutun olmaması hüquqi baxımdan ciddi çətinliklər yarada bilər. Bəs əgər borc yalnız şifahi razılaşma əsasında verilibsə, onu geri almaq mümkündürmü? Belə hallarda məhkəmə hansı sübutları qəbul edir, hansıları isə etibarlı hesab etmir?

Mövzu ilə bağlı Operativ Media-ya bank məsələləri üzrə ekspert Əkrəm Həsənov danışıb. 

O bildirib ki, əgər borc kağız üzərində rəsmiləşdirilməyibsə və tərəflər arasında yalnız şifahi razılaşma olubsa, həmin borcun məhkəmə qaydasında geri alınması xeyli çətinləşir:

“Belə hallarda qanunvericiliyə əsasən, bəzi sübutlar qəbul edilmir. Məsələn, WhatsApp və digər sosial şəbəkələr üzərindən aparılan yazışmalar, SMS-lər, video görüntülər, hətta borclu şəxsin etirafı belə təkbaşına kifayət etmir.

Digər vacib məqam isə şahid ifadələri ilə bağlıdır. Şahidlərin “mən gördüm ki, pul verildi” və ya “mən bu borcun verilməsinin şahidiyəm” kimi ifadələri də belə hallarda sübut kimi qəbul edilmir. Çünki əks halda hər kəs istənilən şəxs barədə yalnız şahid ifadələrinə əsaslanaraq borc iddiası irəli sürə bilərdi.

Bu baxımdan, borc münasibətlərində sonradan hüquqi problemlərlə üzləşməmək üçün borcun mütləq yazılı qaydada rəsmiləşdirilməsi tövsiyə olunur”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər