Nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Operativ Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) isə yanğın səbəbindən "Biləcəri" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətin aradan qaldırıldığını açıqlayıb.
21:04
Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda otluq ərazidə yanğın baş verib.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.
Sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi tərəfindən “Biləcəri" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.