Menyu

Nizami Kino Mərkəzində “29 imza…” sənədli filminin təqdimatı olacaq

Şəfa Hüseynli
Nizami Kino Mərkəzində “29 imza…” sənədli filminin təqdimatı olacaq

İyulun 26-da Nizami Kino Mərkəzində “29 imza…” sənədli filminin təqdimatı keçiriləcək.

Operativ Media xəbər verir ki, film Füzuli rayonunun Qaraxanbəyli və Merdinli kəndlərindən olan 29 şəhidin həyat hekayələrindən bəhs edir.

Şəhidlərin həyat yolu ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri, arxiv materialları, musiqi və süni intellekt texnologiyası ilə yaradılmış vizual rekonstruksiyalar vasitəsilə ekranlaşdırılıb. “29 imza…” ayrı-ayrı bioqrafiyaların toplusu deyil, bir yurdun taleyinə yazılmış 29 ömrün ümumi yaddaşıdır.

Ssenari müəllifi və rejissoru Vəfa Ağazadə olan filmin əsas ideyası şəhidlərin xatirəsini yaşatmaq, onların Vətən uğrunda göstərdikləri fədakarlığı gələcək nəsillərə çatdırmaq və kollektiv yaddaşın qorunmasına töhfə verməkdir.

Filmin təqdimatında iştirak sərbəstdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər