Zelenski hərbi vəziyyət və səfərbərliyin müddətini 90 gün uzadıb
Nicat Hüseynli
Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin 90 gün – avqustun 2-dən oktyabrın 31-dək uzadılması haqqında qanun imzalayıb.
Operativ Media xəbər verir ki, bu barədə "UNN" məlumat yayıb.
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 2022-ci il fevralın 24-də tətbiq edilib. Bu, həmin tədbirlərin 20-ci dəfə uzadılması olacaq.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma