"Neftçi"nin müdafiəçisi 100-ə çatdı
Əziz Əzizli
“Neftçi”nin futbolçusu Höccət Haqverdi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Operativ Media xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqanın 26-cı turuna təsadüf edib. 32 yaşlı müdafiəçi “Turan Tovuz”la görüşə (1:1) start heyətində çıxıb.
Höccət Premyer Liqada 2 klubun formasını geyinib. O, “Sumqayıt”da 40 (1 qol), “Neftçi”də 60 matç keçirib.
Qeyd edək ki, müdafiəçinin debütü 2020/21 mövsümünə təsadüf edib. O, 2021-ci il yanvarın 22-də “Şamaxı” – “Sumqayıt” matçında (0:1) qonaqların heyətində meydana çıxıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net