Menyu

Millinin baş məşqçisi: “Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə stimuldur”

Əziz Əzizli
Millinin baş məşqçisi: “Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə stimuldur”

Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə stimuldur.

"Operativ Media" xəbər verir ki, bunu 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nərgiz Qurbanova AFFA-nın saytına açıqlamasında bildirib.

N.Qurbanova B Liqasının B qrupundakı ilk rəqib Lüksemburq yığmasını yaxşı tanıdıqlarını söyləyib: “İlk oyundakı rəqibimiz Lüksemburq artıq bizə tanışdır. Ötən Avropa çempionatının seçmə mərhələsində onlarla qarşılaşmışdıq. Həmin matçı təhlil etdik və səhvlərimizin üzərində işlədik. Bu dəfə daha yaxşı çıxış etməyə çalışacağıq”.

Baş məşqçi qrupun favoritini də açıqlayıb: “Bolqarıstan yığması qrupun favoritidir. Çünki onlar sonuncu dəfə A Liqasında çıxış edib, Fransa kimi komanda ilə heç-heçəyə nail olublar. Həmçinin Malta da yaxşı rəqibdir. Qrupumuzdakı hər üç matça ciddi hazırlaşmaq lazımdır. Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə stimuldur. Öz azarkeşlərimizin dəstəyi altında doğma meydanda oynamağımızın bizə müsbət təsir göstərəcəyinə inanıram”.

Qeyd edək ki, U-17 millimiz martın 12-də Lüksemburq, 15-də Bolqarıstan, 18-də isə Malta yığması ilə qarşılaşacaq. Hər üç görüş “ASCO Arena”da keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər