Menyu

"Sabah" 80-ci qələbəsini qazandı

Əziz Əzizli
"Sabah" 80-ci qələbəsini qazandı

Azərbaycan Premyer Liqasının XXII turunun “Turan Tovuz”la ev oyunundakı 2:1 hesablı qələbə “Sabah” üçün ikiqat yubileylə əlamətdar olub.

"Operativ Media" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu çempionatda 80-ci qələbəsini qazanıb. Bakı təmsilçisi Azərbaycan çempionatlarında 80 və daha çox görüşdə qalib gələn 17-ci komanda olub.

“Sabah” öz meydanında 40-cı dəfə üç xal qazanıb. Ən azı bu qədər qələbəsi olan 22-ci klub kimi tarixə düşən paytaxt təmsilçisi “Karvan”la MOİK-ə çatıb.

Qeyd edək ki, “Sabah” ilk qələbəsini 2018-ci il avqustun 12-də səfərdə “Keşlə” üzərində qazanıb, evdəki ilk uğur isə sentyabrın 16-da “Qəbələ” ilə matça təsadüf edib. Hər iki qarşılaşmada bir qol vurulub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər