Menyu

"Mançester Yunayted"in futbolçusu mövsümü erkən bitirdi

Əziz Əzizli
"Mançester Yunayted"in futbolçusu mövsümü erkən bitirdi

"Mançester Yunayted" aparıcı futbolçularından birini itirib.

"Operativ Media" klubun rəsmi saytına istinadən xəbər verir ki, söhbət Lisandro Martinezdən gedir.

Argentinalı müdafiəçi çarpaz bağının qopması səbəbindən bu mövsüm "Mançester Yunayted"ə kömək edə bilməyəcək. O, mövsümün sonuna qədər sıradan çıxıb.

Martines İngiltərə çempionatının 24-cü turunun "Kristal Pelas"la oyununda (0:2) zədələnib.

Lisandro həmin matçın 82-ci dəqiqəsində əvəzlənib. Müdafiəçi bu mövsüm bütün turnirlərdə 32 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər