Kamran Ağayev: "Azərbaycan futbolunda "Xəzər-Lənkəran"ın yoxluğu çox görünür"
Azərbaycan futbolunda "Xəzər-Lənkəran"ın yoxluğu çox görünür.
"Operativ Media" xəbər verir ki, bunu "İdman TV" kanalında yayımlanan "SportCast" verilişində qonaq olan millinin sabiq qapıçısı Kamran Ağayev deyib.
O, "Xəzər-Lənkəran" üçün darıxdığını bildirib.
"Adam "Xəzər-Lənkəran üçün darıxır. İnşallah allah nəsib eləyər ki, "Xəzər-Lənkəran" qayıdar, biz də gedib oturub orda futbola baxarıq. O azarkeş, o ajiotaj yenidən gəlsə Azərbaycan futbolu inkişafa doğru gedər".
O, ən zövq aldığı illərinin Lənkəran təmsilçisində oyandığı illərdə olduğunu bildirib.
"Tamam başqa ab-hava var idi orada. Mən özüm də kluba tam başqa cür bağlı idim. Orada oynadığım dönəmlərdə çox təkliflər gəlsə də qərarlar verməmişəm. Çünki çox bağlı idim o kluba. Elə fikirləşirdim ki, karyeramı "Xəzər-Lənkəran"da bitirəcəyəm. Amma idman həyatı vəfasız bir şeydir. Həyat elə gətirdi ki, ayrıldıq oradan. Xoş xatirələr qalıb hələ də, amma yaxşı hallarla ayrılmadıq".