Azərbaycan güləşçiləri “Zaqreb Open”in ilk günündə 5 medal qazanıblar
Əziz Əzizli
Azərbaycan güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən ilin ilk reytinq turniri “Zaqreb Open”in birinci günündə 5 medal qazanıblar.
"Operativ Media" xəbər verir ki, sərbəst güləş millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.
70 kq çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov qızıl medala sahib çıxıb.
İslam Bazarqanov (57) və Arseniy Djioyev (86 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Əli Rəhimzadə (65 kq) bürünc medalla kifayətlənib.
Bu gün Elnurə Məmmədova (55 kq), Abubakr Abakarov və Osman Nurmaqomedov (hər ikisi 92 kq) mübarizəyə qoşulacaq.
“Zaqreb Open” fevralın 9-dək davam edəcək. Yarışda hər 3 millimizin ümumilikdə 26 üzvü mübarizə aparacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net