"Qarabağ" braziliyalı futbolçusu ilə yollarını ayırdı
Əziz Əzizli
"Qarabağ" braziliyalı yarımmüdafiəçi Julio Romao ilə yollarını ayırıb.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
“Atlılar” 26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2022-ci ildən komandamızda çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma