Menyu

Ronaldo yeni rekorda imza atıb

Əziz Əzizli
Ronaldo yeni rekorda imza atıb

"Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo tarixdə klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub.

"Operativ Media" xəbər verir ki, bu haqda "Marca" nəşri məlumat yayıb.

Ronaldo “Sportinq Lisbon”la 13, “Mançester Yunayted”lə 214, “Real”la 316, Turin “Yuventus”u ilə 91, “Əl-Nəsr”lə 66 dəfə qalib gəlib.

39 yaşlı hücumçu bu yaxınlarda karyerasında 921-ci qolunu vurub. Bunlardan 786-sı klub səviyyəsində, daha 135-i isə Portuqaliya millisinin heyətində vurulub.

Ronaldonun "Əl-Nəsr"lə müqaviləsi 2025-ci ilin yayına qədərdir. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər