Menyu

"Şəfa"nın baş məşqçisi: "Məqsəd 1-ci Liqaya vəsiqə qazanmaqdır"

Əziz Əzizli
"Şəfa"nın baş məşqçisi: "Məqsəd 1-ci Liqaya vəsiqə qazanmaqdır"

Yeni transferlərin məqsədi 1-ci Liqa klubları ilə ayaqlaşa bilməkdir.

"Operativ Media" xəbər verir ki, bunu "CBC Sport"a açıqlamasında "Şəfa" komandasının baş məşqçisi Elgiz Kərəmli bildirib.

O, əsas hədəflərinin 1-ci Liqaya yüksəlmək olduqlarını deyib.

"Ayın 12-dən məşqlərə başlamışıq. Hələki, istirahət müddəti bir ay çəkdiyindən futbolçulara yükləmələri tədricən veririk. Məqsəd 1-ci Liqaya vəsiqə qazanmaqdır. Hətta mümkün qədər çempion olub 1-ci liqaya vəsiqə qazanmaqdır. Olmayacağı təqdirdə pley-off mərhələsi var. Zatən tranferləri etməyimizə də məqsəd pley-off mərhələsinə düşəcəyimiz təqdirdə, qarşılaşacağımız 1-ci liqa klubu ilə ayaqlaşa bilmək və başa-baş oynamağı bacarmaqdır".

Komandaya qoşulan yeni transferlərə də toxunan mütəxəssis heyətdəki yenilənmənin qarşıdakı oyunlara ciddi təsir etməyəcəyini bildirib.

"Hər biri öz sözünü demiş futbolçulardır. Onlara çox ümidliyik. Hətta, 1-ci liqaya çıxacağımız təqdirdə bünövrəni həmin futbolçularla qoymağa başlamışıq. Ay yarım vaxtımız olacaq. Komandanı hazır etməyə çalışacağıq. Futbolçuların təcrübəli olması işimizi bir az da rahatlaşdıracaq".

Qeyd edək ki, "Şəfa" hal-hazırda 2-ci Liqada 2-ci pillədə qərarlaşıb və lider "Şahdağ Qusar"dan 5 xal geri qalır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər