Menyu

Qurban Qurbanov: "Yaxşı nəticə ilə geri dönməyi düşünürük"

Əziz Əzizli
Qurban Qurbanov: "Yaxşı nəticə ilə geri dönməyi düşünürük"

Son oyunda var gücümüzlə ən yaxşısını etməyə çalışacağıq.

"Operativ Media" xəbər verir ki, bunu Heydər Əliyev adına hava limanında jurnalistlərə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, "Olimpiakos"la oyuna yaxşı hazırlaşmışdıqlarını bildirib.

"Yaxşı hazırlaşmadıq. Düzdü vaxtımız az oldu. Son iki məğlubiyyətdən sonra, həm Avroliqada, həm də çempionat oyununda məğlubiyyətdən sonra, bu oyuna hazırlaşmaq asan deyil. Amma hər bir halda, oyunun bizim üçün bir mahiyyəti olmasa da, bilirik ki, azarkeşlərimiz oyunu səbrsizliklə gözləyəcəklər. Bizdən yaxşı oyun, yaxşı nəticə gözləyəcəklər. Çalışacağıq son oyunda var gücümüzlə ən yaxşısını edək. Yaxşı oyunla, yaxşı nəticə ilə geri dönmək haqqında düşünürük".

Qeyd edək ki, Avropa Liqasında Liqa mərhələsinin son turunda "Qarabağ" səfərdə "Olimpiakos"la qarşılaşacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər