Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulur
Əziz Əzizli
Bu gün kişilər arasında basketbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulur.
"Operativ Media" xəbər verir ki, bu mərhələnin ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək. Əvvəlcə "Gəncə" “Ordu”nu qəbul edəcək, daha sonra “Sumqayıt” “Neftçi” ilə qarşılaşacaq.
14:00 "Gəncə" - "Ordu"
Gəncə, İdman Sarayı
Bu cütün qalibi 1/4 finalda “Sərhədçi” ilə qarşılaşacaq.
19:00 "Sumqayıt" - "Neftçi"
Sumqayıt, USC.
Bu cütün qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq.
Bundan əvvəl 1/8 finalın iki oyunu keçirilib: "Abşeron" - "Quba" - 96:94, "Lənkəran" - NTD - 73:87.
1/4 final cütləri
NTD – “Şəki”
“Abşeron” – “Naxçıvan”
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net