Azərbaycan millisinin üzvü Türkiyədə klubunu dəyişdi
Əziz Əzizli
Qadınlardan ibarət Azərbaycan millisinin daha bir futbolçusu komandasını dəyişib.
"Operativ Media" xəbər verir ki, Ayşən Əhmədova Türkiyənin “Ünye” klubu ilə anlaşıb.
24 yaşlı mərkəz müdafiəçisi yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. O, daha əvvəl Türkiyədə “Çaykur Rizəspor”, “Ankara Büyükşehir Belediyesi FOMGET” ve “ALG Spor” komandalarında çıxış edib. Əhmədova Rusiya və Yunanıstanda da legioner həyatı yaşayıb.
Qeyd edək ki, Ayşən Əhmədova 2020-ci ildən Azərbaycan millisinin formasını geyinir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net