Menyu

PFL prezidenti Latviya Virsliqasının prezidenti ilə görüşüb

Əziz Əzizli
PFL prezidenti Latviya Virsliqasının prezidenti ilə görüşüb

Latviya Virsliqasının prezidenti, Avropa Liqaları (“European Leagues”) idarə heyətinin üzvü Maksim Krivuneç Azərbaycan Peşəkar Futbol Liqasının qonağı olub.

"Operativ Media" xəbər verir ki, PFL prezidenti Elxan Səmədovla görüşən Krivuneçin səfərində əsas məqsəd liqalar arasında təcrübə mübadiləsi olub.

20-ci turun bir sıra oyunlarını canlı izləyən qonaq matçların təşkili ilə bağlı ətraflı məlumat alıb, tətbiq olunan yeniliklərlə tanış olub. Maksim Krivuneç təşkilatçılıqdan məmnunluq ifadə edərək üzvü olduqları Dünya Liqaları Assosiasiyasında (World Leagues Assosiciation) da Azərbaycan Peşəkar Futbol Liqasını görmək arzusunu ifadə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər