Ana səhifə / İdman / Simone İnzaqi Serie A tarixində 200 qələbəyə ən tez çatan baş məşqçi oldu Simone İnzaqi Serie A tarixində 200 qələbəyə ən tez çatan baş məşqçi oldu 27.01.2025, 14:27 Əziz Əzizli İtaliya çempionu "İnter"inin italiyalı baş məşqçisi Simone İnzaqi A seriyası tarixində 200 qələbəyə ən tez çatan məşqçi olub. "Operativ Media" "Opta"ya istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisə 332 matç lazım olub. Əvvəlki rekord A Seriyasında 338 matçda 200 qələbə qazanan “Yuventus” və “Milan”ın sabiq baş məşqçisi Massimiliano Alleqriyə məxsus idi. İtaliya çempionatının 22-ci turunda "İnter" səfərdə "Leççe"yə 4:0 hesabı ilə qalib gəlib. “İnter” 50 xalla ikincidir. Genitor İdeyanı yaz —dəqiqələr içində saytın olsun. ›restoranım üçün sayt Pulsuz başla →Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma Saytın hazırlanır… CANLI restoran.genitor.net Genitor