Ana səhifə / İdman / MOİK təmsilçisi ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında birinci olub MOİK təmsilçisi ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında birinci olub 27.01.2025, 14:15 Nərmin Qocamanlı Ağır Atletika Akademiyasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçirilib. Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, çempionatda Mərkəzi Ordu İdman Klubunu (MOİK) Nazilə Məmmədova təmsil edib. 49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz birdən qaldırma hərəkətində 55 kq, təkanla qaldırma hərəkətində isə 70 kq nəticə göstərib. N.Məmmədova ümumilikdə 125 kq nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb. Genitor İdeyanı yaz —dəqiqələr içində saytın olsun. ›restoranım üçün sayt Pulsuz başla →Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma Saytın hazırlanır… CANLI restoran.genitor.net Genitor