Menyu

Azərbaycan cüdoçuları Beynəlxalq Belçika Açıq Cüdo Turnirində ikinci yeri tutdu

Əziz Əzizli
Azərbaycan cüdoçuları Beynəlxalq Belçika Açıq Cüdo Turnirində ikinci yeri tutdu

25-26 yanvarda Belçikanın Vise şəhərində keçirilən Beynəlxalq Belçika Açıq Cüdo Turnirində Azərbaycan cüdoçuları uğurla çıxış edərək 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

"Operativ Media" xəbər verir ki, ümumi nəticəyə görə Azərbaycan cüdoçuları medal əyarına görə Almaniya, İtaliya və Belçikanı geridə qoyaraq, Fransadan sonra 2-ci yeri tutublar.

İkinci yarış günündə kişilər arasında -66 kq. çəkidə Elşən Əsədov qızıl medal qazanıb. Eyni çəkidə çıxış edən Nazir Talıbov 5-ci yerdə qərarlaşıb. -81 kq. çəkidə Məhərrəm İmamverdiyev bürünc medal əldə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər