Braziliyalı futbolçu karyerasını bitirdi
Əziz Əzizli
Braziliya milli komandasının sabiq üzvü Felipe Melo karyerası ilə bağlı yekun qərarını verib.
"Operativ Media" xəbər verir ki, 41 yaşlı yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb.
Qeyd edək ki, Felipe Melo "Flamenqo"nun yetirməsidir. Təcrübəli oyunçu karyerası ərzində "Kruzeyro", "Qremio", "Malyorka", "Rasinq", "Almeriya", "Fiorentina", "Yuventus", "Qalatasaray", "İnter" və "Palmeyras"da çıxış edib.
Melo bu müddətdə Türkiyə Super Liqası (3), Türkiyə Super Kuboku (3), Türkiyə Kuboku (2), Libertadores Kuboku (3), Sudamerikana (1),Braziliya A Seriyası (2), Braziliya Kuboku (2), Klublararası Dünya Çempionatının (1) qalibi olub. O, Braziliya yığmasının heəytində keçirdiyi 22 rəsmi matçda 2 qol vurub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net