Albaniya klubu "Qarabağ"ın hücumçusunu transfer etmək istəyir
Əziz Əzizli
"Operativ Media" xəbər verir ki, "Partizani"dən sonra "Eqnatiya" da alban futbolçunu transfer etmək istəyir. Bu barədə "balkanweb.com" saytı məlumat yayıb.
Super Liqa təmsilçisi qış transfer pəncərəsi zamanı 26 yaşlı forvardı heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Qarabağ" Redon Cicanı ötən ilin yanvar ayında "Tirana"dan transfer edib. Albaniya millisinə də dəvət almış ön xətt oyunçusu bu mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 4 qol vurub.
Teqlər:
"Albaniya klubu \"Qaraba\u011f\"\u0131n h\u00fccum\u00e7usunu transfer etm\u0259k ist\u0259yir"