"Qarabağ" Fransadan yarımmüdafiəçi transfer edir - FOTO
Əziz Əzizli
Transfer çalışmalarını davam etdirən "Qarabağ" heyətinə yeni futbolçu qatmaq üzrədir.
"Operativ Media" "L'equipe" nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Fransanın 2-ci liqasında çıxış edən "Dijon" klubunun əlcəzairli futbolçusu Yassine Benziyanı icarə əsasında heyətinə qatmağa yaxındır.
Bu mövsüm "Dijon" tərəfindən Liqa 2-də heç oynadılmayan Yassine Benzia transfer pəncərəsi bitmədən klubu tərk etmək istəyir. Futbolçunu heyətinə qatmağa ən yaxın klub "Qarabağ"dır. Futbolçuya iki il yarımlıq müqavilə təklif olunub.
Teqlər:
"\"Qarabağ\" Fransadan yarımmüdafiəçi transfer edir - FOTO"