Menyu

Abşeronda bir gecədə dörd evi talayan şəxs saxlanılıb

Operativ Media
Abşeronda bir gecədə dörd evi talayan şəxs saxlanılıb

Abşeron rayonunda silsilə oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı dörd evdən elektrik naqilləri, su qızdırıcılar, 1600 manat dəyərində 4 ədəd avtomobil təkəri və digər dəyərli əşyaları talayıb.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlə 28 yaşlı A.Məmmədov qeyd olunan əməlləri törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalarla onun evlərdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra talama cinayətlərini reallaşdırdığı məlum olub. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər