Ərdoğan: NATO müttəfiqləri ilə birlikdə bütün zəruri tədbirlərin görülməsi istiqamətində çalışırıq
Operativ Media
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan atılan ballistik raketin Türkiyə hava məkanında zərərsizləşdirilməsinə münasibət bildirib.
Operativ Media xəbər verir ki, dövlət başçısı bu barədə hərbçilərlə keçirdiyi iftar proqramında danışıb.
Ərdoğanın sözlərinə görə, Türkiyə sözügedən hadisə ilə bağlı NATO müttəfiqləri ilə birlikdə bütün zəruri tədbirlərin görülməsi istiqamətində çalışır.
“Bölgəmizin çətin günlərdən keçdiyi bir vaxtda işi qətiyyən təsadüfə buraxmırıq. Baş verən bugünkü hadisədə olduğu kimi, NATO üzrə müttəfiqlərimizlə sıx məsləhətləşmələr apararaq bütün zəruri tədbirləri görür və dərhal lazımi müdaxiləni edirik”, – deyə o vurğulayıb.
Qeyd edək ki, İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən ballistik raket Şərqi Aralıq dənizində NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.