"Real Madrid" baş məşqçi postu üçün Alleqrini düşünür
Operativ Media
"Real Madrid" cari mövsümün sonunda Alvaro Arbeloanı istefaya göndərəcəyi təqdirdə, onun yerinə "Milan"ın baş məşqçisi Massimiliano Alleqrini gətirməkdə maraqlıdır.
Operativ Media xəbər verir ki, bu haqda "Corriere dello Sport" nəşri məlumat yayıb.
Mənbə qeyd edir ki, "kral klubu" 2019 və 2021-ci illərdə də italyan mütəxəssislə müqavilə imzalamağa cəhd göstərib. Alleqri 2025-ci ilin iyulunda ikinci dəfə sükanı arxasına keçdiyi "Milan"dakı işindən razıdır. Lakin o, beynəlxalq arenadakı hədəflərə çatmaq üçün komandanın heyətinin gücləndirilməsini istəyir.
Bundan əlavə, Madrid təmsilçisinin baş məşqçi postuna namizədlər siyahısında Yurgen Kloppun da adı var.