Menyu

"Fənərbaxça" "Roma"nın müdafiəçisini transfer etmək istəyir

Əziz Əzizli
"Fənərbaxça" "Roma"nın müdafiəçisini transfer etmək istəyir

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın əsas hədəflərindən biri İtaliyanın "Roma" klubunda çıxış edən müdafiəçi Mario Hermosodur.

Klubun rəhbərliyi və texniki heyəti Hermosonun təcrübəsi və keyfiyyətlərini nəzərə alaraq, onun komandanın müdafiə xəttini gücləndirə biləcəyinə inanır. Mario Hermoso karyerasının böyük hissəsini İspaniyada keçirib. 28 yaşlı futbolçu La Liqada qazandığı təcrübə və universal oyun qabiliyyəti ilə tanınır. O, həm mərkəz müdafiəçisi, həm də sol cinah müdafiəçisi kimi uğurla çıxış edə bilir.

"Fənərbaxça" Hermosonun transferi üçün "Roma" ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Mario Hermoso 2019-cu ildə "Espanyol"dan "Atletiko Madrid"ə transfer olub. 2024-cü ildə isə azad agent kimi "Roma" klubuna keçib.

Transferlə bağlı yekun qərar yaxın günlərdə məlum olacaq.

Teqlər:

"\"F\u0259n\u0259rbax\u00e7a\" \"Roma\"n\u0131n m\u00fcdafi\u0259\u00e7isini transfer etm\u0259k ist\u0259yir"

Əlaqəli Xəbərlər