"Sevilya" Juninyo üçün "Qarabağ"a ikinci təklifini göndərib
Əziz Əzizli
"Operativ Media" “Vamos Mi Sevilla” portalına istinadən xəbər verir ki, braziliyalının La Liqa klubuna keçmək şansları artıb. Belə ki, Ağdam təmsilçisi “Sevilya”nın ilkin olaraq 2 milyon avroluq təklifindən imtina edib. İspaniya klubu bundan sonra “Qarabağ”a 3-5 milyon avroluq təklif irəli sürüb.
O da bildirilir ki, “Qarabağ” əvvəllər Juninyo üçün istədikləri 5 milyon avroluq tələbdən artıq imtina edib.
Digər məsələlərlə yanaşı, klublar məsələni öz aralarında həll edərsə, “Sevilya” və Juninyo iki mövsümlük müqavilə imzalamağa razılaşıblar. (Sportal.az)
Teqlər:
"\"Sevilya\" Juninyo \u00fc\u00e7\u00fcn \"Qaraba\u011f\"a ikinci t\u0259klifini g\u00f6nd\u0259rib"