Bakıda bir sıra marşrutların fəaliyyəti bərpa edilir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentli (AYNA) noyabrın 18-dən başlayaraq bir sıra marşrutların fəaliyyətini bərpa edir.
“Operativ Media” AYNA-ya istinadən xəbər verir ki, 2, 6, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutların hərəkət sxemləri bərpa ediləcək.
Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi həyata keçiriləcək.
Teqlər:
"Bak\u0131da bir s\u0131ra mar\u015frutlar\u0131n f\u0259aliyy\u0259ti b\u0259rpa edilir"