Menyu

Rusiya XİN: Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşıdır

Operativ Media
Rusiya XİN: Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşıdır

"Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşıdır".

Operaiv Media xəbər verir ki, bu barədə Rusiya XİN-nin yaydığı bəyanatda qeyd olunub.

"Ölkələrimiz arasında münasibətlər ənənəvi dostluq və mehriban qonşuluq ruhunda ardıcıl şəkildə inkişaf edir.  Fəaliyyətimiz qarşılıqlı hörmət və bir-birimizin maraqlarını nəzərə almaq prinsiplərinə söykənir", - bəyanatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Rusiyaya rəsmi səfərə yola düşüb. O, səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacaq.

Rusiya XİN-nin məlumatına görə, görüşdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinin müzakirə edilməsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər