“Araz-Naxçıvan” Azərbaycan çempionları tarixində 25-ci qələbəsini qazanıb.
"Operativ Media" xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının X turuna təsadüf edib.
Elmar Baxşıyevin yetirmələri Şamaxı səfərində eyniadlı komandaya 1:0 hesabı ilə qalib gəlib. Naxçıvan təmsilçisi Premyer Liqadakı 87-ci görüşündə 25-ci uğura nail olub. 17 ev qələbəsi olan komanda səfərdə 8-ci dəfə üç xala sevinib.
Naxçıvanın ilk qələbəsi 2000/01 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ının qonağı olan komanda 1:0 hesabı ilə qalib gəlib.
Qeyd etmək lazımdır ki, “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ən azı 25 matç qələbəsi olan 36-cı komandadır.