Menyu

XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb

Operativ Media
XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb

“20 İyun – Ümumdünya Qaçqınlar Günündə biz böyük çətinliklər, qeyri-müəyyənliklər, evlərini və dolanışıq vasitələrini itirmək hissi ilə üzləşməkdə davam edən dünyadakı milyonlarla qaçqın və məcburi köçkünlə həmrəyliyimizi ifadə edirik”.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin “X” hesabında edilən paylaşımda bildirilib.

“Azərbaycan üçün məcburi köçkünlük məsələsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan torpaqlarının təcavüzü və işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onilliklər boyu didərginlik və məhrumiyyətlərə məruz qalmışdır. Bu insanların hüquqları kobud şəkildə pozulmuş, evləri, icmaları və mədəni irsi isə məhv edilmişdir.

Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra ölkə keçmiş işğal olunmuş ərazilərdə görünməmiş bir yenidənqurma və bərpa proqramı həyata keçirir. "Böyük Qayıdış" proqramı vasitəsilə keçmiş məcburi köçkünlər təhlükəsiz, ləyaqətli və təminatlı şəraitdə tədricən öz doğma torpaqlarına qayıdır, uzunillik didərginlikdən sonra öz həyatlarını və icmalarını yenidən qururlar.

Azərbaycan məcburi köçkünlüyün kökündə duran səbəblərin aradan qaldırılmasına, qaçqınlar və məcburi köçkünlər üçün davamlı həll yollarının təşviqinə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasına yönəlmiş beynəlxalq səyləri dəstəkləməkdə qərarlıdır.

Bu Ümumdünya Qaçqınlar Günündə biz dünya üzrə qaçqın və məcburi köçkünlərin dözümlülüyünə və cəsarətinə ehtiramımızı bildirir, güclə köçürülmüş bütün insanların bir gün öz evlərinə qayıda bilməsi, sülh, ləyaqət və rifah içində yaşaya bilməsi üçün öhdəliyimizi bir daha bəyan edirik”, - paylaşımda deyilir.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər