Şimali Kuril adaları yaxınlığında zəlzələ olub
Operativ Media
Sakit okeanda Şimali Kuril adaları sahillərində 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə "Cənubi Saxalin" seysmik stansiyasının rəhbəri Yelena Semyonova məlumat verib.
Onun sözlərinə görə, yeraltı təkanın episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı dəniz dibindən 30 kilometr dərinlikdə qeydə alınıb.
Paramuşir adasında yeraltı təkanların gücü 2 bal səviyyəsində hiss olunub.
Hadisədən sonra sunami təhlükəsi elan edilməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net