Ukrayna Genişesk boğazındakı avtomobil körpüsünə zərbə endirib
Operativ Media
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Xerson vilayətinin Genişesk rayonu ərazisində yerləşən Genişesk boğazındakı avtomobil körpüsünə zərbə endirib.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Hücum iyunun 20-də gecə saatlarında baş verib.
Bildirilib ki, körpü Rusiya tərəfindən müvəqqəti işğal edilmiş Krım yarımadası ilə cənub istiqamətindəki rus qüvvələri arasında hərbi logistika təmin etmək üçün istifadə olunur.
Bundan əlavə, Ukrayna qüvvələri Zaporojye vilayətində (Dolınsk) Rusiya ordusunun “Pantsir-S” zenit-raket və top kompleksini vurub.
Həmçinin Donetsk, Zaporojye və Belqorod vilayətlərindəki Rusiya ordusunun PUA idarəetmə məntəqələri məhv edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net