Menyu

Qurban Qurbanov: "Zirə" ilə yoxlama oyunu bizim üçün faydalı oldu

Operativ Media
Qurban Qurbanov: "Zirə" ilə yoxlama oyunu bizim üçün faydalı oldu

"Zirə" ilə yoxlama oyunu bizim üçün faydalı oldu.

Operativ Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O, Bakıdakı hazırlıq prosesindən razı qaldığını bildirib: "Bütün komanda bir yerdə deyildi. Milli komandada iştirak edən və zədəli olan futbolçularımız var idi. Yeni gələn oyunçular da bizə gec qoşuldular. Amma onlar haqqında yaxşı fikirdəyəm. İstərdim ki, komanda olaraq bir yerdə daha çox məşq edək. İstədiklərimiz yavaş-yavaş alınır. Gedişat pis deyil".

Qeyd edək ki, yoxlama oyunu Ağdam klubunun 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər