Menyu

Rusiya Poltavanı bombalayıb

Operativ Media
Rusiya Poltavanı bombalayıb

Rusiya qoşunlarının Ukraynanın Poltava bölgəsinə hava hücumu nəticəsində iki nəfər həlak olub, 13 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə regional hərbi administrasiyanın rəhbəri Vitali Dyakovniç özünün Telegram kanalında məlumat verib.

"Dünən düşmən Poltava rayonuna hücum edib, iki müəssisəyə zərbə endirilib. Yaralananların sayı 13-ə çatıb, onlardan altısı uşaqdır. Təəssüf ki, dağıntılar altından bir cəsəd tapılıb. Daha bir nəfər xəstəxanada ölüb", - deyə o yazıb.

Onun sözlərinə görə, hücum nəticəsində biznes binalarına, avtomobillərə və yaxınlıqdakı yaşayış binalarına ziyan dəyib, həmçinin elektrik kəsintisi yaranıb:

"Energetiklər elektrik təchizatını bərpa etmək üçün çalışırlar".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər