Pakistan XİN İsveçrə görüşü haqqında məlumat yayıb
Operativ Media
İslamabad Qarşılıqlı Anlaşma Memorandumunun imzalanmasının davamı olaraq, 21 iyun 2026-cı ildə İsveçrənin Bürgenstok şəhərində texniki səviyyədə danışıqlar keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.
"ABŞ və İran nümayəndələri, Pakistan və Qətərdən olan vasitəçilərlə birlikdə müzakirələrdə iştirak edəcəklər", - bəyanatda deyilir.
Bildirilib ki, Pakistan vasitəçi rolunda prosesi asanlaşdırmağa davam edəcək: "Məqsəd (sülh prosesini) inkişaf etdirmək, İslamabadda əldə olunan razılaşmalar əsasında Qarşılıqlı Anlaşma Memorandumunu icrasına başlamaqdır".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net