Menyu

Tramp: İran mənim dünyaya gəlməyimə qədər 47 il cəzasız qalıb

Operativ Media
Tramp: İran mənim dünyaya gəlməyimə qədər 47 il cəzasız qalıb

“İran mənim dünyaya gəlməyimə qədər 47 il cəzasız qalıb”.

Operativ Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Radikal solçu axmaqlar və demokratlar İranla apardığımız müharibədə nə qədər uğurlu olduğumuzu, hərbi baxımdan tam məğlub olduqlarını anlayırlar. Obama İrana milyardlarla dollar nağd pul verirdi, o vaxt zəiflədilmiş ordumuzdan dünyanın bir nömrəli terror sponsoru İranı cilovlamaq üçün edilməli olan işdə heç vaxt istifadə etmədi. İranın ona heç bir hörməti yox idi.

Düşünürdülər ki, o, yuxulu Bayden kimi zəif və təsirsiz liderdir, bu məsələdə 100 faiz haqlı idilər. İran mən dünyaya gələnə qədər 47 il ərzində cəzasız qalmışdı. Sonra hər şey dəyişdi, Amerika geri döndü”, - dövlət başçısı sosial mediada yazıb.

Donald Tramp həmçinin əlavə edib:

“Dumokratlar hərbi cəhətdən məğlub olmasına, artıq Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin olmamasına baxmayaraq, İranın bu gün üç ay əvvəlkindən daha güclü mövqedə olduğunu deməyi xoşlayırlar. Buna görə də mən onları “Dumokratlar” adlandırıram”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər