Menyu

Azərbaycan təmsilçiləri “Mingəçevir reqatası”nı 24 medalla başa vurdular

Əziz Əzizli
Azərbaycan təmsilçiləri “Mingəçevir reqatası”nı 24 medalla başa vurdular

Azərbaycan təmsilçiləri avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir reqatası-2024” beynəlxalq turnirində bu gün daha 13 medal qazanmaqla yarışı 24 medalla başa vurublar.

"Operativ Media" xəbər verir ki, Azər İlyasov – Tunar Məmmədzadə cütlüyü 2008-2009 təvəllüdlü idmançıların mübarizəsində qızıl medal əldə ediblər.

Onlar akademik avarçəkmə üzrə 1500 məsafəyə yarışda fərqləniblər.

Amil Ramazanov (2006-2007) kayakda 1000 metr məsafəyə yürüşdə gümüş mükafat əldə edib.

2008-2009 təvəllüdlülərdən kayak növündə Niyaz Məlikov – Emil Zeynalov dueti gümüş, Qiyas Əhmədov – Sübhan Həsənov tandemi isə bürünc medala yiyələniblər.

Akademik avarçəkmədə (2006-2007) Nurlan Paşayev – Cahangir Məmmədli, Sabit Abdullayev – Fikrət Həsənov, Məhəmməd Niftullayev – Neymət Həsənov cütlükləri müvafiq olaraq ilk üç yeri tutublar.

200 metr məsafəyə kayakla mübarizədə (2008-2009) Qiyas Əhmədov – Sübhan Həsənov cütlüyü qızıl, İvan Vorobyanski – Hüseyn Həsənov və Vacib Babayev – Şahin İsayev duetləri gümüş medallar qazanıblar.

İbrahim Məmmədzadə – Elmir Tarverdiyev (2010-2011) tandemi kayakda üçüncü olub.

1000 metr məsafəyə akademik avarçəkmədə (2010-2011) Məhəmməd Həsənov – Raul Şamilov gümüş, Yusif Əliyev – Ruslan Fərəcov bürünc mükafat qazanıblar.

Qeyd edək ki, daha əvvəl idmançılarımız reqatada 11 mükafat əldə ediblər.

Teqlər:

"Az\u0259rbaycan t\u0259msil\u00e7il\u0259ri \u201cMing\u0259\u00e7evir reqatas\u0131\u201dn\u0131 24 medalla ba\u015fa vurdular"

Əlaqəli Xəbərlər