"Mingəçevir Reqatası-2024": Azərbaycan idmançıları daha iki medal qazandı
Əziz Əzizli
“Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin ikinci yarış günü Azərbaycan idmançıları daha iki medal qazanıb
"Operativ Media" xəbər verir ki, Füzuli rayonunda Aşağı Köndələnçay su anbarında baş tutan yarışlarda Amil Ramazanov (2006-2007-ci illər) 200 metr məsafədə kayak yarışında qızıl medal, Cavid Vəlizadə (2008-2009-cu illər) isə kanoe yarışında bürünc medal qazandı.
Bu uğurlarla Azərbaycan idmançılarının beynəlxalq reqatada qazandığı medalların ümumi sayı 11-ə çatıb.
Xatırladaq ki, Mingəçevirdə təşkil olunan yarışın ilk günündə avarçəkənlərimiz 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanmışdılar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net