Azərbaycan 2-ci Liqasının 7-ci turunda bu gün keçirilməli olan “Şəfa” – “Lerik” oyunu baş tutmayıb.
"Operativ Media" İdmanxeber.az-a istinadən xəbər verir ki, buna səbəb qonaq komandanın maliyyə problemi yaşamasıdır.
Cənub bölgəsi təmsilçisi “Şəfa” ilə matç üçün paytaxta gələ bilməyib.
Xatırldaq ki, “Lerik” maliyyə problemi yaşadığını bir müddət əvvəl sosial şəbəkə hesabından bildirmişdi. Komanda 7 xal toplayıb və 9-cu pillədə qərarlaşıb.
Teqlər:
"2-ci Liqa klubu maliyy\u0259 s\u0259b\u0259bind\u0259n oyuna \u00e7\u0131xmad\u0131"