Menyu

Estoniyalı futbolçu: "Azərbaycana qalib gəlmək üçün çalışırıq"

Əziz Əzizli
Estoniyalı futbolçu: "Azərbaycana qalib gəlmək üçün çalışırıq"

"Bura azarkeşlərin ən çox qalib gələcəyimizi gözlədikləri yerdir. Komanda olaraq sabah mütləq qalib gəlmək istəyirik. Bu, həm də bazar ertəsi İsveçlə qarşılaşma üçün bizə yaxşı motivasiya verərdi".

"Operativ Media" xəbər verir ki, bu sözləri Estoniya millisinin futbolçusu Mattias Kayt Millətlər Liqasının 3-cü turunda Azərbaycan millisi ilə oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Azərbaycan millisi ilə əvvəlki oyunları da xatırladan Kayt bu dəfə daha yaxşı oynayacaqlarını bildirib: "Düşünürəm ki, səfərdə oynadığımız (1:1) zaman ilk hissəni biz çox yaxşı çıxış etmişdik. Sabah da bu cür davam etməliyik. Keçən il evdə (0:2) o qədər də yaxşı oynamamışıq. Bunu dəyişib qalib gəlməliyik. Bunun üçün çalışırıq". 

Qeyd edək ki, oktyabrın 11-də Tallində keçiriləcək Estoniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Teqlər:

"Estoniyal\u0131 futbol\u00e7u: \"Az\u0259rbaycana qalib g\u0259lm\u0259k \u00fc\u00e7\u00fcn \u00e7al\u0131\u015f\u0131r\u0131q\""

Əlaqəli Xəbərlər