Menyu

Azərbaycanın gənclərdən ibarət cüdo millisi dünya çempionatını üç medalla başa vurdu

Əziz Əzizli
Azərbaycanın gənclərdən ibarət cüdo millisi dünya çempionatını üç medalla başa vurdu

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığması Tacikistanın paytaxtı Düşənbədə keçirilən dünya çempionatını üç medalla başa vurub.

"Operativ Media" xəbər verir ki, İdmançılarımız Kənan Nəsibov (+100 kq.) yarışın gümüş, Süleyman Şükürov (-81 kq.) və Əjdər Bağırov (-100 kq.) bürünc mükafatını qazanıblar. Bu göstərici ilə Azərbaycan oğlanların sıralamasında 67 ölkə arasında 4-cü yeri tutub. 

Bundan başqa, təmsilçilərimizdən Nizami İmranov (-60 kq.) və Aydan Vəliyeva (-52 kq.) 5-ci, Fidan Əlizadə (-57 kq.), Məhəmməd Musayev (-66 kq.) və Aslan Kotsoyev (-90 kq.) 7-ci yeri tutublar. 

Dünya çempionatında ağır çəki dərəcələrində medalların əldə olunması xüsusilə sevindiricidir. Əjdər Bağırov olimpiya çempionu Zelim Kotsoyevdən yeddi il sonra -100 kq. çəki dərəcəsində ölkəmizə gənclər arasında dünya çempionatının medalını qazandırıb. Kənan Nəsibovun nailiyyəti isə tarixə bir ilk kimi düşüb. Belə ki, buna qədər ən ağır çəkidə heç bir cüdoçumuz analoji yarışın mükafatçısı olmamışdı. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər