Menyu

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə hücum edilib

Operativ Media
Qara dənizdə Türkiyəyə məxsus gəmiyə hücum edilib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) iyunun 22-də Qara dənizdə yük gəmisinə hücum nəticəsində ölkənin iki vətəndaşının yaralandığı barədə məlumat yayıb.

Operativ Media xəbər verir ki, XİN hadisənin Ukraynanın Çernomorsk limanı sahillərində baş verdiyini bildirib.

Qeyd olunub ki, pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qalan Türkiyəyə məxsus, Panama bayrağı altında üzən gəminin heyət üzvləri olan Türkiyə vətəndaşlarının vəziyyəti Türkiyənin Kiyevdəki səfirliyi və Odessadakı Baş Konsulluq tərəfindən yaxından nəzarətə götürülüb:

"Qara dənizdə maraqlarımızı və regional təhlükəsizliyimizi təhdid edən bu hücumlarla bağlı narahatlığımızı hər iki ölkənin hakimiyyət orqanlarına bildiririk. Qara dənizdə mülki gəmilərin naviqasiya təhlükəsizliyinin təmin edilməsi ölkəmizin əsas prioritetlərindən biridir və bütün müvafiq tərəfləri regionda gərginliyi azaltmaq üçün tədbirlər görməyə çağırırıq", - məlumatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər