Messinin həyat yoldaşı: "Sənin dəfələrlə tarix yazdığını görmək necə də şərəfdir"
Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzo Messinin 2026-cı il dünya çempionatında Avstriyaya qarşı matçda (2:0) etdiyi dublu şərh edib.
Operativ Media xəbər verir ki, o, uşaqları ilə birlikdə stadiondan çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşaraq yazıb.
"Sənin təkrar-təkrar tarix yazmağını görmək necə də böyük bir şərəfdir. Səni sevirəm, Leo!" – deyə Rokuzzo paylaşımda qeyd edib.
İyunun 22-də Argentina DÇ-2026-nın ikinci turunda Avstriyaya 2:0 hesabı ilə qalıb gəlib. 38 yaşlı Messi bu oyunda dubla imza ataraq turnir tarixinin ən məhsuldar oyunçusu olub. O, dünya çempionatlarında 16 qol vuran Klozenin rekordunu təzələyib.
Ardıcıl ikinci qələbəsini qazanan Argentina 6 xalla J qrupunun turnir cədvəlinə başçılıq edir. Argentinalılar DÇ-2026-nın pley-off mərhələsinə vəsiqəni artıq təmin ediblər.