Türkiyədə təyyarə enişdən sonra qəza edib
Operativ Media
Türkiyədə Ştutqart-Qaziantep reysini həyata keçirən təyyarənin enişdən sonra təkəri partlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Almaniyanın Ştutqart şəhərindən Türkiyənin Qaziantep şəhərinə uçan sərnişin təyyarəsinin enişdən sonra təkəri partlayıb.
Hadisə nəticəsində təyyarədə olan 186 sərnişin təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net